Ermənistanda koronavirusa yoluxanların sayı 221 559-a çatdı

DÜNYA 20 may 2021, 18:54
Ermənistanda son sutkada koronavirusa 191 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı Ermənistanın Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 221 559-a çatıb. Məlumata görə, ölkədə son sutkada daha 7 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4 364-ə yüksəlib.

Koronavirusa yoluxan 209 980 nəfər isə sağalıb. Hazırda 6 146 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top