"Qarabağ"dan şəhid azarkeşi ilə bağlı maraqlı addım

İDMAN 19 may 2021, 19:33
“Qarabağ” futbol klubu əlamətdar addım atıb.

Demokrat.az
xəbər verir ki, medal alacaq komanda üzvlərinin siyahısına şəhid azarkeş Məhəmmədəli İbrahimlinin də adı əlavə edilib.

Məhəmmədəli “Qarabağ” komandasının üzvü kimi ölümündən sonra Azərbaycan Premyer Liqasının ya qızıl, ya da gümüş medalına layiq görüləcək. Ötən ilin medalını onun yaxınları götürəcək. “İmarət” fanklubunun üzvü olan Məhəmmədəli ötən ilin oktyabrın 13-də Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” matçı bu gün saat 20:30-da başlayacaq. Oyundan sonra 2020/21 mövsümünün Azərbaycan çempionu müəyyənləşəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top