Aslan İsmayılov: "Dmanisidə baş verənlərin erməni-rus təxribatı olduğuna heç bir şübhəm yoxdur"

GÜNDƏM 17 may 2021, 14:12
"Əziz Gürcüstanlı Həmyerlilərim!

Dmanisidə baş verənləri diqqətlə izləyirəm və baş verənlərin erməni-rus təxribatı olduğuna heç bir şübhəm yoxdur. 2020-ci il Qarabağdakı 44 günlük uğurlarımızı heç kim həzm edə bilmir. Uzun illər onlar bizi saymamışdılar. İndi isə Şanlı Azərbaycan Ordusu Azərbaycanın güclü və özünü qorumağı bacaran Dövlət olduğunu hamıya, xüsusilə region dövlətlərinə göstərdi". 


Demokrat.az xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib.

"Hamınızdan xahiş edirəm, heç təxribata uymayın. Nə olursa olsun tam sakitliyə riayyət edin. Əminəm ki, Azərbaycan və Gürcüstan hakimiyyətləri baş verən təxribatı diqqətlə izləyir və lazımı tədbirləri görəcək. İndi isə hamımızdan əsəblərinizi qorumağı və sakitlik yaratmağı xahiş edirəm", deyə Aslan İsmayılov qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top