Alı Alıyev Ramazan bayramı günlərində kümçülərlə görüşdü — FOTOLAR

SOSİAL 17 may 2021, 10:55
Prezident İlham Əliyevin respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın inkişafına dair verdiyi tapşırıq və göstərişləri Füzuli rayonunda ciddi nəzarətdə saxlanılır. 

RİH-nin Mətbuat xidmətindən Demokrat.az-a verilən məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Füzuli rayon prokuroru Elnur Rüstəmov ilə birgə Ramazan bayramı günlərində karantin qaydalarını gözləməklə Bala Bəhmənli kəndində olaraq həmin kənddə ipəkqurdu saxlayan kümçülərlə görüşüb, onlarla söhbət edib, məsləhət və tövsiyələr verib.

Alı Alıyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən baramaçılığın uzun fasilədən sonra bərpa olunması regionlarda yaşayan əhalinin məşğulluğunun artırılmasına, onların sosial rifah hallarının daha da yüksəldilməsinə xidmət edir.

İpəkqurdu saxlayan kümçülər isə dövlət başçısının tapşırığı ilə respublikada ənənəvi təsərrüfat sahələrindən olan baramaçılığın yenidən bərpa olunmasını yüksək qiymətləndiribər.



Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top