“Allah hər kəsə Şuşa ziyarəti qismət etsin!” — Şuşadan qayıdan SƏNƏTÇİLƏR

SOSİAL 16 may 2021, 22:06
2020-ci il bizim hər birimiz üçün bir tarixə çevrildi. Azərbaycan 30 il həsrət qaldığı tarixi torpaqlarına qovuşdu. Ordumuz 44 gün ərzində düşmənə layiqli dərs verdi. Bu tarix əsrlər boyu danışılacaq, yaddaşlardan silinməyəcək.

İndi azad olunmuş torpaqlarımıza səfərlər təşkil olunur, orada müxtəlif tədbirlər keçirilir. Şuşada gerçəkləşən“Xarıbülbül” musiqi festivalı da bu sıradan idi.

Festivala dəvətlilər sırasında olan, Şuşa ziyarətindən qayıdan iki tanınmış sənətçi təəssüratını Modern.az-la bölüşüb.

Xalq artisti Flora Kərimova:

“Mən ora özgə biri kimi getməmişdim. “Dəmir yumruq”un bir halqası kimi, sanki kiçik vətənimin ziyarətinə getmişdim. Özümü orada sahib kimi hiss edirdim. “Dəmir yumruq”un qüdrəti bizi qürurlandırırdı. Hamımız eyni hisləri keçirirdik. 27 il millətimizlə birlikdə bu günü gözləmişik. 27 il daim “İnşallah,  bir gün Qarabağda görüşərik” deyirdik. Millət olaraq illərlə bu arzu ilə yaşayırdıq və bu arzunun qəbul olmasını istəyirdik. Nəhayət diləyimizə qovuşduq”.


Xalq artisti Firəngiz Mütəlibova:

“Torpaqların azad olunmması üçün 30 il səhər-axşam dua edirdim. Hətta deyirdim ki, təki torpaqlarımız azad edilsin, eybi yox, mən gedə bilməsəm də olar. Allahın qismətinə bax ki, anamın doğum günündə - mayın 12-də Şuşaya daxil oldum. Ramazan bayramında da Cıdır düzünə qalxdım. Cıdır düzünə qalxan kimi torpağı öpdüm. Sanki elə bildim ki, şəhidlərimizin ayağının altından öpürəm. Elə bil çiynimdə ağlır bir yük var idi. Daha sonra isə həm torpaqlarımızın azad olunmasına, həm də ora gedib çıxa bildiyimə görə dua etdim. Ermənilərə də lənət oxudum.

Cənab prezidentin çıxışları məni qürurlandırırdı. Festivalda ümummilli lider Heydər Əliyevin lemt yazısı nümayiş olunanda anam, atam yadıma düşdü, sevinc göz yaşları axıtdım. Ən böyük arzum budur ki, Allah eləsin ki, heç kim bu dünyada heç nəyə həsrət qalmasın. /modern.az

Axırıncı dəfə Şuşadan çıxanda məni atam, anam yola salmışdı. Gedib gördüm ki, evimiz yoxdu, viran edilmişdi. Heç nəyimiz qalmayıb. Şuşa işğaldan azad olunandan sonra evimizdən video çəkib göndərirdilər. Baxıb həyəcan keçirirdim. Bir də gedib hər şeyi əyani gördüm. Ermənilər daşı daş üstə qoymayıblar. Lakin buna baxmayaraq içim rahatdır. Allah hər kəsə Şuşa ziyarəti qismət etsin”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top