Qadın lotereyada udduğu 26 milyon dollarlıq bileti paltaryuyan maşında yudu

MARAQLI 15 may 2021, 14:34
ABŞ-da qadın bilmədən ona məxsus 26 milyon dollar uduşu olan loterayanı paltaryuyan maşında yuyub.

Demokrat.az xəbər verir ki, hazırda qadın uduşlu lotereyanın ona məxsus olmasını sübut etməyə çalışır. Kaliforniya ştatının sakini Noruolk şəhərinin marketində lotereya bileti alıb. Bilet 26 milyon dollar udub. Qadın uduşlu bileti koftasının cibinə qoyub. Daha sonra bilmədən həmin koftanı biletlə birgə yuyub. Lotereya 14 noyabr 2020-ci ildə Arco AM-PM tərəfindən keçirilib.

Qadının cümə axşamına qədə uduşu almağa vaxtı olub. O, bileti aldığı marketdən bunu təsdiq edən videoçəkilişi almağa cəhd edib. Mağazadakı müşahidə kamerasının görüntüləri Kaliforniyadakı məmurlara təqdim olunub. Amma orjinal itirilib.

Əgər uduş sahibsiz qalsa vergiləri çıxdıqdan sonra 19 milyon dollar Kaliforniyadakı dövət məktəblərinin hesabına köçürüləcək.

Rəsmi şəxslər bildiriblər ki, əgər qalib bileti itirərsə o uduşu sübut edən samballı sübutlar təqdim etməlidir. Bura uduşlu biletin fotosu, yaxud biletin hər iki üzünün kserosürəti daxildir.(azpost.info)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top