Şenol Güneş: "Azərbaycanı öz meydanımız kimi görürük"

İDMAN 15 may 2021, 14:47
"Azərbaycan bizim üçün önəmlidir. Azərbaycanı öz meydanımız kimi görürük".

Demokrat.az xəbər verir ki, bunu Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Bakıda keçirəcəkləri AVRO-2020-nin oyunları barədə danışarkən deyib.

69 yaşlı mütəxəssis 2019-cu ilin dekabrında Azərbaycan paytaxtına etdiyi səfəri zamanı məşq üçün stadionları axtararkən, isti münasibət gördüyünü xatırladıb: "Oyunlara nə qədər tamaşaçının gələcəyini bilmirəm, amma bu baxımdan üstünlüyümüzün olacağını düşünürəm. Türkiyə - Azərbaycan əlaqələri son dönəmdə daha da yüksək səviyyəyə qalxıb. Meydanda bizi dəstəkləyən o azarkeşlərə yaxşı oyunla gözəl nəticələr verməyimizin gərəkliyini düşünürəm".

Qeyd edək ki, ilk oyununu iyunun 11-də Romada İtaliyaya qarşı keçirəcək Türkiyə yığması iyunun 16-da Uels, iyunun 20-də isə İsveçrə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top