HƏMAS İsrail limanına hücum etdi

DÜNYA 15 may 2021, 11:58
Fələstinin radikal HƏMAS hərəkatı İsrailin Aşdod şəhərindəki limana hücum edib və bu, güclü yanğına səbəb olub.

Demokrat.az
bildirir ki, məlumatı “Times of Israel” yayıb.

Qəzetin məlumatına görə, baş verənlər nəticəsində xəsarət alan olmayıb. 

Bundan başqa, sosial şəbəkələrdə yer alan video göstərir ki, HƏMAS-ın raketi transformatora düşüb və bu, yaxın ərazidə elektrik enerjisinin kəsilməsinə səbəb olub.

Bundan əvvəl HƏMAS Siyasi Bürosunun sədri Xaled Maşal bildirib ki, Fələstin hərəkatı İsraillə barışığa hazırdır və onun şərtlərini açıqlayıb.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top