Ermənistanda qarajda əsgər meyiti aşkarlandı

DÜNYA 15 may 2021, 10:40
Ermənistanın İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsində meyiti qarajda asılmış vəziyyətdə aşkarlanmış hərbi qulluqçunun ölüm faktı üzrə cinayət işi qaldırılıb.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

İstintaq Komitəsinin mətbuat xidməti bildirib ki, hərbi qulluqçu Roman Baqdasaryan 13 may 2021-ci ildə yerli vaxtla saat 23:00-da hərbi hissənin özbaşına tərk edib və evə qayıdıb.

Mayın 14-də saat 06:40-da ailə üzvləri əsgərin qarajda asılmış meyitini aşkarlayıblar.

Fakt üzrə Cinayət Məcəlləsinin 110-cu maddəsi ilə cinayət işi qaldırılıb, hadisənin başvermə şəraitinin müəyyənləşdirilməsi üçün istintaq hərəkətləri və operativ-axtarış tədbirlərinə başlanılıb.

İlkin araşdırma davam edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top