Deputat: “Şuşada həyat başlayır”

GÜNDƏM 13 may 2021, 10:40
“Şuşada “Xarı bülbül” musiqi festivalının 29 ildən sonra yenidən bərpası ölkəmizin mədəni həyatında tarixi hadisədir”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

V.Bayramov qeyd edib ki, müzəffər Ali Baş Komandanın festivalın açılışında qeyd etdiyi kimi, bu gün Azərbaycan tarixində əlamətdar gündür: “Sevindirici, eyni zamanda qürurverici haldır ki, Şuşada artıq həyat başlayır. Əsrarəngiz gözəlliyi ilə seçilən Cıdır düzündə ucalan musiqi sədaları ilə mədəniyyət paytaxtımız olan Şuşa yenidən əvvəlki gözəlliyinə qovuşur. Azərbaycan incəsənət xadimlərinin Qarabağın ürəyinə həsr olunmuş əsərlərinin təqdim edilməsi isə doğma yurdumuza, mənəvi dəyərlərimizə bağlılığımızın göstəricisidir. Bu kimi tədbirlərin keçirilməsi Şuşanın əvvəlki simasını bərpa etməklə yanaşı, mədəni dəyərlərimizin təbliğində də xüsusi önəm kəsb etməkdədir. Bu festival Azərbaycanda multikultural dəyərlərə verilən önəmi bir daha nümayiş etdirdi. İnanıram ki, mədəniyyət beşiyi olan Şuşa tezliklə tarixi gözəlliyinə qovuşaraq, mədəni məclislərini, tədbirlərini bərpa edərək mədəniyyət xəzinənimizə xüsusi töhfə verəcək”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top