Rəsul Quliyev: “Şuşada “Xarıbülbül” musiqi festivalının keçirilməsini görmək qürurlandırıcı idi”

GÜNDƏM 13 may 2021, 10:05
“Şuşada keçirilən “Xarıbülbül” musiqi festivalını sıradan bir musiqi festivalı kimi dəyərləndirmək yolverilməzdir. Bu musiqi festivalı mühüm əhəmiyyət kəsb edir. Festival Azərbaycanın qətiyyətini, gücünü, ərazilərinin sahibi olduğunu bütün dünyaya nümayiş etdirdi”.

Demokrat.az xəbər verir ki, bunu Azərbaycanın ABŞ-da yaşayan sabiq spikeri Rəsul Quliyev deyib.

R.Quliyev əminliklə qeyd edib ki, ermənilərin böyük bir hissəsi bu festivalı izləyiblər: “Bir neçə dəfə İrəvanda olmuş, ermənilərin Azərbaycan musiqilərini necə dinlədiklərinin canlı şahidiyəm. Bu festival ermənilərə Köçəryan və o tipli yaramazların verdikləri vədləri tamamilə darmadağın etdi. “Xarıbülbül” musiqi festivalının keçirilməsi təşəbbüssünü irəli sürmüş, həyata keçirmiş hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bir vətəndaş olaraq bunları görmək olduqca qürurlandırıcı idi... Tanrı Azərbaycanı qorusun”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top