Üç ölkə BMT TŞ-nın fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış etdi

DÜNYA 13 may 2021, 10:01
Çin, Norveç və Tunis İsrail və Fələstin arasında gərginliyin artması ilə bağlı mayın 14-də BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağırılması təşəbbüsü ilə çıxış edib.

Demokrat.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, gözlənilən açıq iclas İsrail və Fələstin tərəfinin iştirakı ilə keçiriləcək.

Agentlik xəbər verir ki, BMT TŞ artıq bu həftə bu məsələ ilə bağlı virtual formatda iki qapalı iclas keçirib.

Qeyd edək ki, son günlər İsraillə Fələstin arasında baş toqquşmalarda xeyli insan həlak olub və yaralanıb.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top