Deputat: “Asim Mollazadənin belə ifadələr işlətməyə haqqı yoxdur”

GÜNDƏM 12 may 2021, 16:57
"Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib ki, deputatların maaşları müəllim və həkimlərin məvaciblərindən, imkanlarından qat-qat  yaxşı olmamalıdır. Məndən bu barədə münasibət bildirməyi xahiş etdilər. Münasibətim belədir: Asim bəy deputatların sayı ilə müəllim və həkimlərin sayının fərqini bilirsə, onda başa düşmək olmur ki, bu ifadəni nə üçün işlədib".

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

"İkincisi, belə bir fikri işlətmək yalnız kənardan babat gəliri olan şəxsin könlündən keçə bilər. Onda maaş məsələsi heç gözə gəlmir. Buna baxmayaraq Mollazadənin yenə də belə ifadələr işlətməyə haqqı yoxdur. Üçüncüsü, təklif edirəm ki, Asim Mollazadə daha böyük vətənpərvərlik nümayiş etdirib, partiyasına ayrılan vəsaiti internat tipli məktəblərə bağışlasın. O ki qaldı müəllimlərin və həkimlərin əməkhaqqına, bu məsələ həmişə dövlətin diqqət mərkəzində olub və olacaqdır" - E.Əliyev qeyd edib. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top