Səfir Bakıda Türkiyə yığması ilə görüşdü — FOTOLAR


İDMAN 11 may 2021, 18:54
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Olimpiya Güləş Mərkəzini ziyarət edib.

Səfirlikdən Demokrat.az-a verilən məlumata görə, C.Bağcı Bakıda təlim-məşq toplanışında olan Türkiyənin gənclərdən ibarət milli komandasının üzvləri ilə görüşüb. Məşqçi Ruşen Çetin səfirə hazırlıq prosesi barədə danışıb.

Sonda Azərbaycan Güləş Federasiyasının rəsmiləri və yığmamızın məşqçiləri ilə birgə xatirə fotosu çəkilib.

Qeyd edək ki, Türkiyə yığması 28 - 30 mayda İstanbulda beynəlxalq Çempionlar Turnirinə və 28 iyun - 4 iyulda Almaniyanın Dortmund şəhərində Avropa çempionatına qatılacaq.





Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top