Prezidentin köməkçisi: "Sərhədçilər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər"

GÜNDƏM 10 may 2021, 10:53
"Özümü xoşbəxt saydım ki, 30 il görə bilmədiyimiz yerlərə getdik, qalxa bilmədiyimiz yüksəkliklərə qalxdıq".

Demokrat.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi − Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyev jurnalistlərə açıqlamasında bildirib.

O, səfər zamanı sərhədçilərimiz üçün necə şərait yaradıldığını gördüyünü bildirib: “Sərhədçilər üzərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Bəzi nöqsanlar mövcud idi. Onları da qeyd etdik və çatışmazlıqların tezliklə aradan qaldırılacağına ümid edirəm".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top