Köçəryan eks-prezidentləri Paşinyana qarşı mübarizəyə çağırdı

DÜNYA 09 may 2021, 21:52
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan sabiq dövlət başçıları Levon Ter-Petrosyana və Serj Sarqsyana hakimiyyətə qarşı var qüvvə ilə mübarizə aparmağı təklif edib.

Demokrat.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

"Mən birinci və üçüncü prezidentlərə (Ter-Petrosyana və Sarqsyana - red.) bu hakimiyyətə qarşı mübarizə aparmağı, hər gün mübarizə aparmağı təklif edirəm və əgər mübarizə aparmaq niyyətindədirlərsə, deməli müvəffəqiyyətə nail olacağıq, bu ümumi müvəffəqiyyət olacaq", - Köçəryan "Ermənistan" seçki blokunun nümayişində deyib.

Köçəryanın sözlərinə görə, bunun üçün vahid blokun formalaşması vacib deyil və o seçkilərə ayrı ittifaqla getməyə qərar verdi. "Əgər onlar (sabiq prezidentlər – red.) bütün qüvvələri ilə bu mübarizəyə daxil olsalar bunu alqışlayacağıq", - eks-prezident bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün istefa verir. O qeyd edib ki, seçkiqabağı dövrdə hökumət başçısı vəzifələrini icrasını davam etdirəcək. Paşinyan növbədənkənar parlament seçkilərinin iyunda keçiriləcəyini elan edib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top