Bakılı əfsanəvi kəşfiyyatçının Yaponiyadakı məzarı ziyarət olunub — FOTO

DÜNYA 09 may 2021, 18:39
MDB dövlətlərinin Yaponiyadakı diplomatik missiyalarının başçıları Tokio ətrafındakı Tama qəbiristanlığında dəfn edilən əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.

Bu barədə “RİA Novosti” Yaponiyadakı Rusiya səfirliyinin “Facebook” səhifəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, əfsanəvi kəşfiyyatçı Rixard Zorge 1895-ci il oktyabrın 4-də Bakıda anadan olub və 1944-cü il noyabrın 7-də Tokioda vəfat edib. Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı İkinci dünya müharibəsindən əvvəl, həmçinin savaş illərində Almaniya və Yaponiyada jurnalist adıyla cəsus kimi fəaliyyət göstərib. SSRİ qarşısında xidmətlərinə görə Zorge ölümündən sonra 1964-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top