Fəridə Əzizova ardıcıl üçüncü dəfə olimpiadaya lisenziya qazandı

İDMAN 07 may 2021, 20:08
Azərbaycan taekvondoçusu Fəridə Əzizova (-67 kq) Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Demokrat.az
-ın xəbərinə görə, o, Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində finala çıxmaqla olimpiadada iştirak hüququ əldə edib. 

İdmançımız yarımfinalda ukraynalı Tatyana Teterevyatnikova üzərində inamlı ilə qələbə sayəsində ardıcıl üçüncü dəfə dördilliyin əsas idman yarışına  vəsiqə qazanıb.

Qeyd edək ki, buna qədər Tokio olimpiadasına taekvondoçularımızdan yalnız Milad Beigi Harçeqani lisenziya əldə edib. 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top