Arif Quliyev dəfn olundu — YENİLƏNİB

İNCƏSƏNƏT 07 may 2021, 13:25
Azərbaycanın Xalq artisti Arif Quliyev dəfn olunub.

Xalq artisti "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, sənət yoldaşları, dostları və yaxınları iştirak ediblər.(report.az)

***11:50

Mədəniyyət Nazirliyi tanınmış teatr və kino aktyoru, Xalq artisti Arif Quliyevin vəfatından kədərləndiyini bildirib, ailəsi və yaxınlarına başsaşlığı verib.


Bu barədə "Report"a nazirlikdən bildirilib.

"Xalq artistinin dəfni ilə bağlı məsələrə nazirlik tərəfindən müvafiq köməklik göstəriləcəyini, dəfn yeri və vaxtının ailəsi tərəfindən müəyyən ediləcəyini bildiririk", - nazirlikdən qeyd olunub.

X X X

Azərbaycanın Xalq artisti Arif Quliyevin dəfn olunacağı yer müəyyənləşib.


Demokrat.az xəbər verir ki, A.Quliyevin cənazəsi bu gün İkinci Fəxri xiyabanda torpağa tapşırılacaq.

Qeyd edək ki, Xalq artisti A.Quliyev ötən gün axşam saatlarında müalicə aldığı "Yeni klinika"da dünyasını dəyişib.

Bir müddətdir koronavirusa yoluxan sənətçinin ağ ciyərinin 90 faizi zədələndiyi üçün süni tənəffüs aparatına qoşulmuşdu.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top