Ölkəmizdə inşa edilən “Azərbaycan” Ro-Pax tipli gəmi ilk səfərinə hazırlaşır — VİDEO

İNFRASTRUKTUR 06 may 2021, 22:42
Ölkəmizdə inşa edilən “Azərbaycan” Ro-Pax tipli gəmi ilk səfərini Bakı Limanından gerçəkləşdirəcək.

Bu barədə Demokrat.az-a “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib. 

Bildirilib ki, hazırda Bakı Limanında gəminin yüklənməsi prosesi operativ şəkildə həyata keçirilir. 

İlk səfərini Qazaxıstanın Kurık limanına edəcək gəmi vasitəsiylə 40 ağırtonnajlı avtomabil (TIR), 19 minik maşını və 43-ü TIR sürücüsü olmaqla, 47 sərnişinin daşınması planlaşdırılır.

Yaxın saatlarda gəminin Bakı Limanından yola salınması gözlənilir.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top