“Qadağalar teatr sənətinin məhvi olacaq” — Sənubər İsgəndərli

MƏDƏNİYYƏT 06 may 2021, 21:11
“TƏBİB-də kimin teatrla maraqlanıb maraqlanmadığını, sevib sevmədiyini bilmirəm. Soruşsan, deyəcəklər ki, vaxt var? Bizdə onsuz da çoxunun mədəniyyətə vaxtı, marağı yoxdur".

Demokrat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sənubər İsgəndərli sosial şəbəkə hesabında yazıb. Aktrisa TƏBİB-ə səslənərək, teatrların açılmasını istəyib:

"Bu sənətə ömrünü verən, onu yaşadan sənətkarlar və onun yolunu gözləyən, sevən tamaşaçılar var. Bir ildir teatrlar bağlıdır. Belə davam edərsə, bu, teatr sənətinin məhvi olacaq. Demirəm teatrlar açılan kimi tamaşa oynanılsın, tamaşaçı gəlsin, onsuz da bu, mümkün deyil. Amma yeni tamaşaların məşqinə başlaya bilərik ki, sabah teatrın pərdələri açılanda tamaşaçılarımızın qarşısına çıxa bilək. Ümid edirəm ki,  TƏBİB bunları nəzərə alacaq".

S.İsgəndərli daha sonra bildirib ki, TƏBİB onunla əlaqə saxlayıb, bu məsələlərə Operativ Qərargahın baxdığını deyib:

"TƏBİB-in mətbuat xidmətindən mənimlə əlaqə saxlayıb bildirdilər ki, biz sırf tibbi məsələlərlə məşğuluq. Qapanma və digər tədbirlər operativ qərargahın səlahiyyətindədir. Nə deyirəm? Ümid edək ki, Operativ Qərargah səsimizi eşidib, teatrların açılması üçün qərar verər"./Musavat.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top