Bayram Məmmədovla bağlı yeni XƏBƏR

HADİSƏ 05 may 2021, 16:11
Mayın 2-də Türkiyədə dənizdən cəsədi tapılan ictimai fəal Bayram Məmmədovun yaxın tanışı, hazırda İstanbulda yaşayan Elgiz Qəhrəman hadisə barədə danışıb.

Demokrat.az xəbər verir ki, E.Qəhrəman Bayram Məmmədovun meyitinin bazar günü günorta saatlarında dənizdən sahil mühafizəsi tərəfindən çıxarıldığını bildirib: “Hadisə İstanbulun Kadıköyü Moda sahili adlanan ərazisində olub. Polis ifadə alıb və suallar soruşdu, intiharla bağlı suallar verdi.

Polisdə dedilər ki, o, boğulan zaman görən olub, xilas etməyə cəhd ediblər, amma alınmayıb".

Elgizin sözlərinə görə, Bayram Məmmədov İstanbulda tək yaşayıb: “Ailə üzvü olmadığımdan və araşdırmalar getdiyindən daha ətraflı məlumat verilə bilməəcəklərini dedilər. Bayram dostlarına ayın dördündə Bakıya getməkçün bilet alacağını deyib. Bakıya getmək istəyən adam niyə intihar etsin bu qəribə haldır. Hadisə baş verən yer də dərin deyil, qayalıqdır. Bayram Məmmədovla sonuncu dəfə aprelin 29-da görüşmüşdüm. Daha sonra Türkiyədə küçəyə çıxma qadağası başladı və biz əlaqə saxlaya bilmədik”.(BBC News Azərbaycanca)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top