İslamiada bu il keçirilməyəcək — RƏSMİ

İDMAN 05 may 2021, 13:42
Türkiyənin Konya şəhərində keçirilməli olan V İslam Həmrəylik Oyunları ikinci dəfə təxirə salınıb.

Demokrat.az xəbər verir ki, 10-19 sentyabrda baş tutmalı olan yarış koronavirus pandemiyası ilə bağlı olaraq bu il keçirilməyəcək.

İslam Həmrəyliyi İdman Federasiyasından açıqlamada yarışın 2022-ci il 9-18 avqust tarixlərinə keçirildiyi bildirilib.

Qeyd edək ki, bu yarış sonuncu dəfə 2017-ci ildə Bakıda baş tutub. Konyada keçirilməli yarış bu ilin yay aylarında baş tutmalı olsa da, Olimpiadaya görə sentyabra salınmışdı.(oxu.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top