Vilayət Quliyevdən Şuşa şəhəri ilə bağlı maraqlı TƏKLİF

QARABAĞ 05 may 2021, 12:43
Azərbaycanın Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev Şuşada Qarabağın ən böyük kitabxanasını yaratmağı təklif edib. Səfir yaradılacaq kitabxanaya töhfə vermək istədiyini də bildirib.

Demokrat.az xəbər verir ki, V.Quliyev bununla bağlı bildirib:

“Şuşa Mərkəzi kitabxanasına- ümid edirəm ki, gündəlikdədir- Azərbaycan, türk, rus, ingilis dillərində 1000 ədəd kitab hədiyyə etmək istəyirəm. Gəlin, Azərbaycanın mədəniyyət mərkəzi Şuşada Qarabağın ən böyük və zəngin kitabxanasını quraq...”.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top