Hulusi Akar: "Bütün qonşularımızın sərhədlərinə və suverenliyinə hörmət edirik"

DÜNYA 05 may 2021, 11:45
“Yanvarın 1-dən indiyədək İraq şimalında və Suriyada ümumilikdə 953 terrorçu zərərsizləşdirilib. Ən əhəmiyyətli məsələ bütün terrorçuların məhv edilməsidir. Sonuncu terrorçu zərərsizləşdirilənədək əməliyyatlar davam edəcək”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

“Dost və qardaş İraq başda olmaqla bütün qonşularımızın sərhədlərinə və suverenliyinə hörmət edirik. Buna heç kimin şübhəsi olmamalıdır. Tək məqsədimiz terrorçuluq və terrorla mübarizədir. Hər kəs bilməlidir ki, İraqın ərazi şəraiti baxımından orada yuva quran terrorçulara görə bu ölkənin şimalındayıq. İraqın şimalında yuva qurmuş və 40 ildir 40 min vətəndaşın həyatına qəsd edən bu terrora son qoymaq üçün lazım olan hər şeyi etməyə davam edəcəyik. Nə İraqda, nə də Suriyanın şimalında başqa məqsədimiz yoxdur", - nazir bildirib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top