Bakıda idman zalında əməliyyat: 13 nəfər saxlanıldı

HADİSƏ 05 may 2021, 10:37
Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinin əməkdaşları tərəfindən xüsusi karantin rejimi ilə əlaqədar keçirilən nəzarət tədbirləri zamanı fəaliyyətinə icazə verilməyən idman zalı aşkar edilib.

Demokrat.az xəbər verir ki, keçirilən nəzarət-profilaktik tədbirlər zamanı 9-cu mikrorayon M.Cəlal küçəsində yerləşən “Sparta” idman zalının xüsusi karantin rejiminin tələblərini pozaraq gizli fəaliyyət göstərməsi müəyyən edilib.

Ümumilikdə xüsusi karantin rejimi qaydalarının tələblərinə əməl etməyən 13 nəfər aşkar edilib.

Karantin rejiminin tələblərini pozduqlarına görə İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq obyektin icarədarı 4000 manat, digərləri barəsində isə 200 manat inzibati tənbeh tədbirləri tətbiq olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top