Yığmamız Avropa çempionatında üçüncü medalını qazandı — YENİLƏNİB

İDMAN 02 may 2021, 18:10
Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatında Azərbaycan yığması ikinci medalını qazanıb.

Demokrat.az-ın məlumatına görə, böyüklər arasında tamblinq yarışında Mixail Malkin bürünc medala sahib olub.

13:45
Rusiyanın Soçi şəhərində keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa Çempionatında Azərbaycan yığması ikinci medalını qazanıb.

"Report"un məlumatına görə, gənclərin mübarizəsinə qatılan Hüseyn Abbasov və Maqsud Mahsudovdan ibarət sinxron cütlük gümüş medala sahib olub.

Daha əvvəl tamblinq üzrə gənclər arasında komanda yarışında Hüseyn Əsədullayev, Bilal Qurbanov, Adil Hacızadə və Tofiq Əliyevdən ibarət heyət bürünc medala layiq görülüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top