Dünya İqtisadi Forumunun prezidenti: "İnvestisiyaların cəlb edilməsi üçün Azərbaycanda yaxşı mühit var"

SAHİBKARLIQ 28 apr 2021, 18:22
"İndi gənc nəslin təliminə çox böyük diqqət yetiririk. Son illərdə bilikli insanların yeni nəsli yetişir".

Demokrat.az
xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Dünya İqtisadi Forumunun prezidenti Borge Brende ilə videokonfrans formatında görüşündə deyib.

Prezident İlham Əliyev azərbaycanlı gənclərin təcrübəçi kimi Dünya İqtisadi Forumunun təşəbbüs və proqramlarında iştirakına imkan yaradıldığına görə Borge Brendeyə təşəkkürünü bildirib.

İnvestisiyaların cəlb edilməsi üçün ölkəmizdə yaxşı mühitin olduğunu deyən Borge Brende azərbaycanlı gənclərin çox mükəmməl olduqlarını vurğuladı və onların Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsi işinə töhfə verəcəklərinə əminliyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top