Deputat: “Azərbaycana nə ATƏT-in Minsk Qrupu, nə Amerika, nə Fransa, nə də Rusiya lazımdır”

GÜNDƏM 28 apr 2021, 16:00
"Qarabağ Azərbaycanın ərazisidir və bu istiqamətdə bizə nə ATƏT-in Minsk Qrupu, nə Amerika, nə Fransa, nə də Rusiya lazımdır. Azərbaycan öz gücünə bütün məsələlərini həll edəcək".

Bunu Pravda.az-a açıqlaması zamanı Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Deputatın fikrincə, ATƏT-in Minsk Qrupu indiki vəziyyətdə lazımsız qurumdur: "Biz bu qurumdan çıxmaq məsələsini qoymalıyıq. Otuz ilə yaxındır ki, yaradılan bu qurum hər zaman erməninin tərəfində olub. Çünki məlum məsələdir ki, ABŞ erməni lobbisinin əlindədir, Co Baydenin çıxışını izlədik, qondarma "erməni soyqırımı" ifadəsini işlətdi. Fransa da erməniləri dəstəkləyən addımlar atır. O cümlədən, Rusiyada da ermənilər güclü anti-azərbaycan təbliğatı aparır. Belə olan halda, ATƏT-in Minsk Qrupunun hansı xeyirdən danışmaq olar? Bu gün biz BMT-nin 4 qətnaməsini icra etmişik, daha nə edə bilərlər ki? İndiyə qədər heç nə etməyən qurum bundan da sonra da bizə faydalı ola bilməz. Başlayacaqlar ki, status ver və s... Boş-boş söhbətlər. Bildiyimiz kimi, Prezidentin strategiyasında konkret olaraq göstərilib ki, status məsələsi yoxdur".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top