Azərbaycan Ordusu ermənilərin Kəlbəcərə daxil olmasını qadağan edib — Erməni mediası

QARABAĞ 27 apr 2021, 19:30
“Azərbaycan Silahlı Qüvvələri erməni rahiblərinin Dadivanka girişini qadağan edib”.

Demokrat.az
bildirir ki, erməni mediasının məlumatına görə, bu sözləri Müqəddəs Eçmiədzinin rahibi Vaqram Melikyan bildirib.

Onun sözlərinə görə, Azərbaycan hərbçiləri 25 apreldə zəvvarların Dadivanka girməsinə qadağa qoyub:

“Bəli, məlumatınız doğrudur. Aprelin 25-də Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri epidemiya bəhanəsi ilə Erməni Apostol Kilsəsinin Artsax Yeparxiyasının Baş yepiskopu Parqev Martirosyan, Yepiskop Vrtanes Abrahamyan və bir qrup zəvvarın Dadivank ərazisinə girişini qadağan ediblər. Üstəlik icazə alan zəvvarların sayı 25-dən 10-a endirilib. Hətta vaxtaşırı rahiblərə çatdırılan məhsulların köçürülməsi də qadağan edilib”./Konkret.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top