Fəxrəddin Altun Los-Ancelesdə Azərbaycan bayrağının yandırılmasını qınadı

XARİCİ SİYASƏT 27 apr 2021, 14:10
"ABŞ-da bir qrup ekstremist erməni tərəfindən Azərbaycan bayrağına bürüdülmüş müqəvvanın asılaraq edam edilməsinin sevinclə qarşılanması və azərbaycanlıların açıq-aşkar təhdid olunduğu nümayişin keçirilməsi aparılan təşviqatın nəticəsidir".

Demokrat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun tviterdə yazıb.

"1982-ci ildə Türkiyənin Los-Ancelesdəki baş konsulunu şəhid edən erməni terrorçu Hampinq Sasunyan mart ayında sərbəst buraxılıb. Bu qatillərin cəzasız qalmasının sadəcə yeni nəsil ekstremistlərin tərəfdarlarının cəsarətləndirilməsinə xidmət edəcəyi barədə xərəbdarlıq etmişdik.

Tarixi təhrif etmək ABŞ-da yaşayan azərbaycanlıları təhdid edən erməni ekstremistlərini daha da cəsarətləndirir. Bu vəziyyətdən narahatıq. Bütün təhdidlərə qarşı Azərbaycanın yanında olduğumuzu bildirir, ABŞ rəhbərliyini lazım olan tədbiləri görməyə çağırırıq. Mayın 1-də Los-Ancelesdə erməni terrorçular tərəfindən şəhid edilən diplomatlarımızla bağlı sərgimiz açılacaq", - o vurğulayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top