Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı oldu

DÜNYA 24 apr 2021, 14:40
Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan arasında telefon danışığı olub.

Demokrat.az
xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. 

Telefon danışığı zamanı Ermənistan ordusunda aparılan islahatlar və Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyəti müzakirə olunub.

Tərəflər Rusiya-Ermənistan birgə hərbi qüvvələrinin gələcək fəaliyyəti barədə fikir mübadiləsi aparıblar.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top