24 yaşlı milyonçu binanın damından küçəyə dollar səpələdi - VİDEO

MARAQLI 17 dek 2018, 21:39

Çində indiyədək görünməmiş hadisə baş verib. 

Demokrat.Az yerli KİV-ə istinadən bildirir ki, 24 yaşlı milyonçu Vonq Çinq Kit binalardan birinin damına çıxaraq küçəyə dollar (Honq Konq dolları) səpələməyə başlayıb. Ətrafdakı insanlar dərhal yerə tökülən pulları yığmağa başlayıblar.

Milyonçunun qeyri-adi hərəkəti yaxınlıqdakı küçələrdə maşınların hərəkətinin dayanmasına və tıxaca səbəb olub.

Məsələdən xəbər tutan polis əməkdaşları əraziyə gəliblər. Onlar küçəyə səpələnmiş pulların bir hissəsini yığaraq, kripto-milyoner kimi tanınan gənci saxlayaraq polis idarəsinə aparıblar.(Virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top