Sabir Rüstəmxanlı: "Bu, vətəndaşlarımızın sənədsiz fəaliyyətinin qarşısını ala bilər"


GÜNDƏM 23 apr 2021, 14:08
Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Sabir Rüstəmxanlı insan alveri məsələsinə toxunub.

Demokrat.az xəbər verir ki, deputatın sözlərinə görə, dünya 1000 illər boyu müxtəlif quruluşlardan keçsə də, hələ də quldarlıq psixologiyası davam edir:

“İnsan alverinin qarşısını almaq üçün görüləcək birinci iş onun səbəblərini aradan qaldırmaqdır. Burada ən önəmlisi Azərbaycanın daxilində yaşayan insanlardan başqa xaricə gedən azərbaycanlıların taleyidir. Onlar Azərbaycandan çıxırlar, Azərbaycan vətəndaşlığından çıxmırlar. Miqrantlar xaricə gedir, o ölkələrin vətəndaşları olmadan orada yaşayır. Bunlar çox vaxt sənəd almaq, orada mövcud hüquqi imkanlardan istifadə etməkdə çətinlik çəkirlər. Azərbaycanın həm Xarici İşlər Nazirliyi, həm Daxili İşlər Nazirliyi, həm də ASAN Xidmət səyyar xarici ölkələrdə də fəaliyyət göstərməlidir. Bu vətəndaşlarımızın sənədsiz fəaliyyətinin qarşısını ala bilər. Xarici ölkələrdə səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır”.

Demokrat.az
 


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top