"YAŞAT" Fonduna daxil olan və xərclənən ümumi məbləğ açıqlandı

SOSİAL 21 apr 2021, 16:44
Bu vaxta qədər "YAŞAT" Fonduna 32 milyon manatdan artıq vəsait köçürülüb.

Demokrat.az xəbər verir ki, bunu Fondun rəhbəri Elvin Hüseynov deyib.

O bildirib ki, köçürülən vəsaitin 18 milyon manatı aidiyyəti üzrə xərclənib: "Hazırda müraciətlər üzrə proses davam etdirilir. Həmin vəsaitlər həm dövlət, həm özəl təşkilatlar, həm də ayrı-ayrı şəxslər tərəfindən Fonda köçürülüb".

Qeyd edək ki, "YAŞAT" Fondu Vətən müharibəsində yaralanan qazilərin müalicəsini təmin etmək məqsədilə yaradılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top