Hande Harmancı: "Orqan çatışmazlığı bütün dünyada problem olaraq qalır”

SOSİAL 20 apr 2021, 13:16
"Orqan çatışmazlığı bütün dünyada problem olaraq qalır”.

Demokrat.az xəbər verir ki, bunu "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən elmi konfransda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin  rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bəzi ölkələrdə, həmçinin  Azərbaycanda meyitdən orqan transplantasiyalarında problemlər var: “Burada səbəblər arasında inanclar və dini məsələlər də var. Təbii ki, bunu ancaq dinə bağlamaq olmaz. Bu problemləri araşdırmaq vacibdir. Digər səbəb isə insanların səhiyyə xidmətlərinə güvən məsələsi ilə  bağlıdır”.

Onun sözlərinə görə, insanların fikrini dəyişmək, onları inandırmaq üçün əlaqəli qurumların birlikdə çalışması lazımdır.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top