Arye Qut Ağdama gəlib — FOTO

QARABAĞ 19 apr 2021, 22:09
İsrailli jurnalistlər işğaldan azad edilən Ağdama səfər edib.

Demokrat.az
Trend-ə istinadən xəbər verir ki, İsrailin "Hayom" qazetinin müxbiri Dean Şumel Elmas və "Yerusalim Post" qəzetinin siyasi şərhçisi Arye Qut Ağdamda səfərdə olublar.

İsrailli jurnalistlər Ağdam Cümə məscidində, Dram teatrında, Çörək muzeyi və İmarətdə Ermənistan tərəfindən törədilmiş dağıntılarla yerindəcə tanış olublar. Ağdam Şəhidlər Xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, hər iki jurnalistin sabah Füzuli, Zəngilan və Qubadlıya da səfərləri baş tutacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top