Moldova Azərbaycanlıları Konqresinin sədri Qaqauziya rəhbəri ilə görüşdü

DİASPOR 19 apr 2021, 21:56
Bütün dünya ölkələrinin panemiya ilə mübarizə apardığı, demək olar ki, bir çox sahələrdə durğunluğun hökm sürdüyü bir dövrdə Moldova Azərbaycanlıları Konqresi (MAK) fəaliyyətini davam etdirir. Mart ayında bir çox əhəmiyyətli tədbirlər, görüşlər keçirən MAK üzvləri aprel ayında da bir sıra işlərə imza atıb. Həmçinin həm Azərbaycan, həm də Moldovada yaşayan azərbaycanlıların rifahı naminə layihələr həyata keçirilib.

Demokrat.az
xəbər verir ki, belə layihələr çərçivəsində, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramovun Qaqauziya rəhbəri İrina Vlax rəsmi görüşü baş tutub.

Komrat şəhərində keçirilən görüşdə Qaqauziya Xarici Əlaqələr Baş İdarəsinin rəisi Vitali Vlax da iştirak edib. Görüş çərçivəsində tərəflər bir sıra əhəmiyyətli məsələləri müzakirə ediblər.

Söhbət əsnasında tərəflər Qaqauz Dili Günü, Azərbaycan Respublikası Günü, həmçinin ümumi idman yarışları kimi ortaq tədbirlər keçirmək niyyətlərinin olduğunu dilə gətiriblər.

Elçin Bayramov İrina Vlaxa Şuşa və Qarabağın, Vətənin azadlığı uğrunda uğrunda canından keçən qəhrəman oğulların qələbə və xatirəsinin simvoluna çevrilmiş xarı bülbül çiçəyi şəklində hazırlanmış gümüş döş nişanı hədiyyə edib. İrina Vlax hədiyyəni məmnuniyyətlə və minnətdarlıqla qəbul edib.

Görüşdən sonra MAK heyəti, 2009-cu ilin dekabrında Qaqauziyanın paytaxtında ucaldılmış ulu öndər Heydər Əliyevin büstünün önünə çiçəklər düzüblər.
No description available.

No description available.No description available.
No description available.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top