Afaq Bəşirqızı ƏSƏBLƏŞDİ: "24 saat sosial şəbəkələrdə “acam-acam” qışqıranlar..."

ŞOU-BİZNES 19 apr 2021, 18:02
Prezident İlham Əliyevin aprelin 12-də Bakıda Hərbi Qənimətlər Parkının açılışını etməsi sapı özümüzdən olan baltaların kürkünə birə saldı.

Azərbaycan Ordusunun şanlı qələbəsini həzm edə bilməyən düşmən dəyirmanına su tökən bəzi ünsürlər parkda hərbi qənimətlərin sərgilənməsinə etirazlarını bildirdilər, bu qənimətlərin nümayiş etdirilməsini faşizm adlandırdılar.

Mövzu ilə bağlı fikirlərini Yenisabah.az-la bölüşən Xalq artisti Afaq Bəşirqızı heç bir ziyalının bu cür fikirləri səsləndirmədiyini bildirib:

“Baxın, bunun “faşizm” olduğunu hanısa ziyalı, hasısa alim, yaxud tarixçi açıq-aydın deyibmi?

Yoxsa bu fikirləri ancaq 24 saat sosial şəbəkələrdə “acam-acam” qışqıranlar deyir?! Mən qətiyyən belə düşünmürəm və bu parkda qənimətlərin nümayiş edilməsini faşizm adlandırmıram. Onda Qubada ermənilərin vaxtilə qırdığı insanların kəllə sümüyü necə olsun? Bəs onların bu etdiyi faşizm deyil?! Ermənilərin etdiklərini biz göstəririk, o da faşizm adlandırılır? Ermənilər bizə qarşı dəfələrlə kütləvi qırğın törədiblər. 31 martda müsəlmanları kütləvi şəkildə qətl ediblər. Bəs onların hərəkətinin adı nədir?!"

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top