Ermənistan XİN Türkiyə ilə danışıqların aparıldığı barədə yayılan xəbərə cavab verdi

DÜNYA 19 apr 2021, 15:17
Ermənistanın Xarici İşlər Nazirliyi son günlər mətbuatda “Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər qurulur” xəbərinə cavab verib.

Yeniavaz.com Ermənistan mətbuatına istinadla xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müşaviri Marta Ayvazyan Türkiyə ilə heç bir danışıq aparmadıqlarını vurğulayıb: “Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin qurulması istiqamətində heç bir danışıqlar planlaşdırılmır”.

Ermənistan XİN həmçinin vurğulayıb ki, Türkiyə ilə münasibətlər barədə hökumətin əvvəlki siyasətinə heç bir dəyişiklik edilməyib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top