İşsizliklə bağlı videosu yayılan qaziyə rəsmi cavab: Vakansiyaları izləmək tövsiyə edilib

SOSİAL 19 apr 2021, 09:22
Dövlət Məşğulluq Agentliyi işlə bağlı videomüraciət edən qazi Nahid Məmmədova cavab verib.

Demokrat.az-ın xəbərinə görə, Agentlikdən bildirilib ki, Cəlilabad rayon sakini, Vətən müharibəsi qazisi Məmmədov Nahid Saməddin oğlu və qardaşı Məmmədov Amid Saməddin oğlu 02.06.2020-ci il tarixdən 07.08.2020-ci il tarixə, həmçinin Amid Məmmədov təkrar olaraq 19.10.2020-ci il tarixdən 25.12.2020-ci il tarixə kimi “DOST İş” mərkəzi tərəfindən işlə təmin ediliblər.

“Hər iki qardaşın əmək müqaviləsinin müddəti başa çatdığı üçün müqaviləyə xitam verilib. Onlara mütəmadi olaraq 14 saylı Ərazi məşğulluq mərkəzi ilə əlaqə saxlamaq və ya elektron şəkildə vakansiyaları izləmək tövsiyə edilib. Sonrakı dövrdə yeni vakansiyalar yaransa da, qardaşlardan heç biri Ərazi məşğulluq mərkəzinə müraciət etməyiblər” – qeyd olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top