“Azərbaycanda yığılan avtomobillərin yalnız təkərlərinə vurulan hava yerlidir”

İQTİSADİYYAT 18 apr 2021, 08:58
“Bu ilin Yanvar-mart aylarında Azərbaycanda 408 ədəd və ya ötən ilin eyni dövrü ilə müqayisədə 264 ədəd və yaxud 39,3 % az minik avtomobili istehsal olunub. Bu il aprelin 1-dək ölkədə 267 ədəd hazır məhsul ehtiyatı yaranıb. Ay qalstuklu müəllimlər, bu iş zorla olmur, ölkədə avtomobil istehsalı yoxdur, vintaçanla (el arasında "otvertka" deyirlər) yığma var, istehsal o zaman sayılır ki, avtomobil detallarının heç olmasa 25%-i ölkədə istehsal olunur”.

Demokrat.az
-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, Azərbaycanda yığılan avtomobillərin yalnız təkərlərinə vurulan hava yerlidir: 

“Başqa hər şey xaricdən, valyuta ilə alınıb-gətirilir. Detallar valyuta ilə alınır, sonra həmin maşınlar büdcə təşkilatlarına satılır, büdcədən ayrılan manat valyutaya çevrilib ölkədən çıxır. 2021-ci ilin ilk 3 ayında 408 avtomobil yığılıb, onun cəmi 141 ədədi satılıb, aya 47 avtomobil yığıb büdcəyə satıblar, qalanı anbarda qalıb, hələ buna fəxrlə, "yerli avtomobil istehsalı", deyirlər. Multfimldilər... 

Avtomobil istehsalı başqadır, məsələn, “Toyota” 1 dəqiqəyə 19,9 ədəd, “Volkswagen” 1 dəqiqəyə 19,8 ədəd, “Hyundai” isə 1 dəqiqəyə 13,7 ədəd avtomonil istehsal edir. Yəni, “Toyota”nın 20 dəqiqəyə istehsal etdiyi qədər maşını, bizimkilər 3 aya "otverka" ilə yığıblar...”.


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top