COVID-19 qurbanlarının sayı 3 milyonu keçdi

DÜNYA 17 apr 2021, 19:59
Dünya üzrə 3 000 225 nəfər koronavirusdan ölüb.

“Report”un xəbərinə görə, bu barədə Cons Hopkins Universiteti məlumat yayıb.

Koronavirusdan ölüm hallarının ən böyük hissəsi ABŞ-da qeydə alınıb. Belə ki, bu ölkədə 566 mindən çox insan COVID-19-dan dünyasını dəyişib.

Koronavirusa dünya üzrə ümumi yoluxmaların sayı 139,9 milyon nəfər təşkil edir.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top