İraqda iki neft quyusuna hücum edildi

DÜNYA 17 apr 2021, 19:07
İraqın Kərkük şəhərindən şimal-qərbdə yerləşən iki neft quyusu yaraqlıların hücumuna məruz qalıb.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

“Hücum yanğına və dağıntıya səbəb olmayıb, eləcə də neftin quyulardan hasilatına və nəqlinə təsir göstərməyib”, – ölkənin Neft Nazirliyi bildirib.

Məlumata görə, hücum edən şəxslər partlayıcıdan istifadə ediblər. Digər təfərrüat açıqlanmayıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top