Bu il xaricdən gətirilən avtomobillərin sayı açıqlandı — Yük avtomobillərinin sayı artıb

BİZNES 17 apr 2021, 17:23
Bu ilin ilk 3 ayı ərzində Azərbaycana xaricdən 15 min 539 ədəd müxtəlif təyinatlı avtomobil gətirilib.
 
Demokrat.az Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ölkəyə gətirilən avtomobilləri ümumi gömrük dəyəri 157 milyon 999 min dollar olub. Nəticədə ölkəyə idxal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 10 min 168 dollar (17 min 285 manat) olub.

Yanvar-mart ayları ərzində Azərbaycana 14 min 219 ədəd minik avtomobilləri, 40 ədəd avtobus, 1249 ədəd yük avtomobili, 31 ədəd xüsusi təyinatlı avtomobil  idxal olunub.

Müqayisə üçün bildirək ki, ötən ilin  eyni dövründə Azərbaycana 14 min 417 ədəd minik avtomobilləri, 66 ədəd avtobus, 972 ədəd yük avtomobili, 37 ədəd xüsusi təyinatlı avtomobil idxal olunub.

Rəqəmlərdən də göründyü kimi digər avtomobillərlə müqayisədə idxal olunan yük avtomobillərinin sayı daha çox artıb.
  
Bundan başqa xaricdən 1 831 ədəd daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hibrid), 17 ədəd yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri gətirilib. 

Hibrid avtomobillərin 1 ədədinin orta gömrük dəyəri 5 min 617 dollar (9 min 549 manat) olub. Yalnız elektrik mühərriklə hərəkətə gətirilən 1 ədəd nəqliyyat vasitəsinin orta gömrük dəyəri isə 42 min 477 dollar (72 min 211 manat) olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top