AzTV-dən qaynar nöqtəyə yeni TƏYİNAT — FOTO

SOSİAL 16 apr 2021, 23:27
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) yeni təyinat reallaşıb. 

AzTV-dən Demokrat.az-a verilən məlumata görə, jurnalist Amal Alışarlı telekanalın Ukrayna və Şərqi Avropa üzrə bürosuna xüsusi müxbir təyin olunub.

Məlumata görə, A.Alışarlı ilə bağlı müvafiq əmr AzTV sədri Rövşən Məmmədov tərəfindən bu gün imzalanıb. 

Qeyd edək ki, Amal Alışarlı bundan öncə kanalın Ərəb ölkələri və Şimali Afrika üzrə xüsusi müxbiri kimi fəaliyyət göstərib.


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top