Arutyunyana cinayət işi açıldı

DÜNYA 16 apr 2021, 16:44
Separatçı rejim qalıqlarının “başçı”sı Araik Arutyunyan cinayət işlərinin biri ilə bağlı sorğuya çağırılacaq.

“Qafqazinfo” “newsarmenia.am” saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, onun barədə cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 312-ci maddəsinin 1-ci hissəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə (konstitusiya quruluşunun devrilməsi) başlanılıb.

A. Arutyunyanın nə zaman dindiriləcəyi barədə əlavə məlumat veriləcəyi qeyd olunub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top