Yaşayış yeri olmayanların NƏZƏRİNƏ

SOSİAL 16 apr 2021, 15:52
“Yaşayış yeri olmayan şəxslərin sığınacağa yerləşdirilməsi üçün xüsusi qaynar xətt yaradılacaq”.

Demokrat.az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədri Vüqar Behbudov bildirib.

O qeyd edib ki, yaxın vaxtlarda həmin qaynar xətt istifadəyə veriləcək: “Buna xüsusən qış dövründə ehtiyac yaranır. İstənilən şəxs bu qaynar xəttə hansısa vətəndaş barədə müraciət edə bilər. Biz dərhal həmin şəxsi müəssisəyə yerləşdirə bilərik”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top