Tanınmış jurnalistə yeni vəzifə verildi

GÜNDƏM 16 apr 2021, 13:55
ANS telekanalından tanıdığımız jurnalist Rüstəm Əbülfətoğluna yeni vəzifə verilib.

Demokrat.az xəbər verir ki, R. Əbülfətoğlu Medianın İnkişafı Agentliyində (MEDİA) təyinat alıb.

Jurnalistə Media subyektləri və jurnalistlərlə iş, media dəstək layihələri departamentinin direktoru vəzifəsi həvalə olunub.

Rüstəm Əbülfətoğlu ötən gün MEDİA-nın təşkilatçılığı ilə həyata keçirilən jurnalistlərin Ağdam səfərinə idarəçi kimi qatılıb.

Xatırladaq ki, jurnalist bundan öncə müxtəlif illərdə ANS, "Space” və "Azad Azərbaycan” telekanallarında müxbir, teleaparıcı və baş redaktor vəzifələrində çalışıb. Bir müddət mətbuat sahəsindən uzaqlaşan jurnalist son təyinata qədər özəl şirkətdə çalışıb.(modern.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top