Türkiyədə koronavirusdan gündəlik ölüm 300-ə çatır

DÜNYA 15 apr 2021, 21:43
Tükiyədə son sutkada koronavirusdan ölənlərin sayı 297 nəfər olub.

“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, aprelin 15-də ölkə üzrə verilmiş 318 217 COVID-19 testindən 61.400-nün cavabı müsbət çıxıb.

Son 24 saat ərzində Türkiyədə 54 894 nəfər virusdan sağalıb.

Qeyd olunur ki, hazırda ölkə xəstəxanalarında 3080 ağır koronavirus xəstəsi var.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top